http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Aşqabadda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib - YENİLƏNİB

28 Noyabr 2023 , 15:07
Aşqabadda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

"Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında güclü dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Dövlət başçılarımızın görüşləri, əldə olunan razılaşmalar və qəbul edilmiş birgə qərarlar ikitərəfli münasibətlərin hərtərəfli inkişafına yeni təkan verib. İkitərəfli münasibətlərdə mühüm rol oynayan iqtisadi-ticarət sahəsində intensiv inkişaf müşahidə olunur. Ötən il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfədən çox artıb, 2023-cü ildə də artım tendensiyası davam edib. Tədarük olunan məhsulların çeşidini genişləndirməklə ticarət dövriyyəsini daha da artırmaq üçün böyük potensial var. Ölkələrimiz arasında azad ticarət rejimi ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Ticarət sahəsində uğurlu əməkdaşlıq qarşılıqlı investisiyalar üçün stimul ola bilər. Türkmənistanla sənayenin müxtəlif sahələri, investisiya, enerji, gömrük, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. üzrə  əməkdaşlıq imkanları böyükdür.

İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli işgüzar mühiti, o cümlədən, azad edilmiş ərazilərimizin biznes potensialı, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından işgüzar tədbirlərin davamlı keçirilməsinin önəmi bildirilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var və Türkmənistan əlaqələrin dərinləşməsinə önəm verir.

İclasda ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.

İclasın sonunda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə ticarət, sənaye, energetika, nəqliyyat, aqrar və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Türkmənistana işgüzar səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Agro Pack Turkmenistan 2023” beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti innovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətlər, həmçinin iqtisadi səmərəliliyin artırılmasını, resurslardan effektiv istifadəni və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olub.

***

14:19

Aşqabadda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin sənaye, ticarət, KOB, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", nazir qeyd edib.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda rəsmi səfərdədir.

OXŞAR XƏBƏRLƏR
Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb

Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir

Putin KXDR-ə səfər edəcək

Putin KXDR-ə səfər edəcək

XƏBƏR LENTİ
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • Dünən
    20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • Dünən
    19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • Dünən
    19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • Dünən
    18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
Menyu