Mikayıl Cabbarov: Bu ilin 10 ayında Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 88% artıb
Nərmin Qocamanlı
"Azərbaycan-Türkmənistan ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 88%-dən çox, son 2 ildə isə təxminən 10 dəfə artıb".
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
"Türkmənistan – Azərbaycan biznesforumunda ölkələrimizin işgüzar dairələrini bu dinamikanın dayanıqlı olmasına töhfə verməyə, qarşılıqlı investisiya layihələrini dəyərləndirməyə və fəal əməkdaşlığa dəvət etdik", - nazir qeyd edib.