Azərbaycan və Türkmənistan əlaqələrinin güclənməsinin səmərəli nəticələri barədə müzakirə aparıb
Nərmin Qocamanlı
"Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə ölkələrimizin əlaqələrinin güclənməsinin səmərəli nəticələri barədə müzakirə apardıq".
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
"İki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq, əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdik", - nazir qeyd edib.