http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 9 ° C

İşğaldan azad olunan ərazilərdə karbon neytrallığına nail olmaq hədəfi nədən ibarətdir? - AÇIQLAMA

28 Noyabr 2023 , 16:53
İşğaldan azad olunan ərazilərdə karbon neytrallığına nail olmaq hədəfi nədən ibarətdir? - AÇIQLAMA

Azad edilmiş ərazilərdə karbon neytrallığı zonasının yaradılması üçün işlər görülür.

Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada bildirib.

O, işğaldan azad olunan ərazilərdə karbon neytrallığı zonasının yaradılmasının əsas hədəfərindən biri olduğunu bildirib: "Bunun üçün artıq işlər görülür. İqlim dəyişmələri məsələləri ölkənin strateji sənədlərində, dövlət proqramlarında yer alıb. Biz bütün bunlarla ölkə qarşısında qoyulan hədəflərə nail olacağıq".

Bəs karbon neytrallığı nədir və işğaldan azad olunan ərazilərdə karbon neytrallığına nail olmaq üçün nələr edilməlidir?

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov “Operativ Media”ya açıqlamasında bildirib ki, karbon neytrallığı “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” əsasında ölkələrin götürdüyü öhdəliklər üzrə həyata keçirdikləri fəaliyyətlərdir.

O qeyd edib ki, burada, əsasən, yaşıl iqtisadiyyatın inkişafına dəstək verə bilən fəaliyyətlər nəzərdə tutulur:

“Yəni ölkələr öz sənayelərinin inkişafını yeni texnologiyalar əsasında həyata keçirməlidirlər ki, ümumilikdə atmosferə atılan karbon emissiyalarının azaldılmasına töhfə versinlər. Burada böyük şəhərlərdə hibrid və ya tam elektrik ilə işləyən avtomobillərin dövriyyə avtoparka daxil edilməsi, eyni zamanda ağır sənayenin həcminin bir növ ya azaldılması, ya da atmosferə daha az karbon buraxan sənaye müəssisələrinin yeni və mütərəqqi texnologiyalardan istifadə etmək üzrə fəal strategiyaların qurulmasını nəzərdə tutur”.

Ekoloq deyib ki, işğaldan azad olunan ərazilərdə də karbon neytrallığı Cənab Prezident tərəfindən Qarabağ regionunun “yaşıl zona” elan edilməsi ilə əlaqədar gələcəkdə orada fəaliyyət göstərəcək müəssisələrin də atmosferə minimal və yaxud heç zərər vurmaması prinsipinə xidmət etməsini ehtiva edir:

“Həmçinin oradakı şəhərlərin və yaşayış məskənlərinin, kəndlər, qəsəbələr və hamısının bu prinsiplə idarə olunması planlaşdırılır və bunun üzrə tələblər qoyulur. Daha çox oksigen təmin etmək məqsədilə yaşıl ərazilərin orada salınması, yaşıllıq ərazilərinin çoxalmasına yönəlib. Məlum olduğu kimi, 27 il işğal dövründə də həmin ərazilərdə 60 000 hektara yaxın yaşıllıq ərazisi ermənilər tərəfindən məhv edilib. Həm onun bərpası, həm də gələcəkdə həmin yaşayış məskənlərində, işğaldan azad olunmuş şəhərlərdə və kəndlərdə yaşıllıq ərazilərinin hektar nisbətində daha da çoxaldılması karbon neytrallığına, yəni karbonun atmosferə buraxılmasında ölkənin daha neytral mövqe tutması kimi hərfi tərcümə olunur”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Ticarət İnformasiya Portalı yaradılacaq

Azərbaycanda Ticarət İnformasiya Portalı yaradılacaq

Azərbaycan Mərkəzi Bankı neft-qaz qiymətlərinə dair proqnozlarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı neft-qaz qiymətlərinə dair proqnozlarını açıqlayıb

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

XƏBƏR LENTİ
  • 06:39

    Pakistanda məktəblər 1 həftəlik bağlanıb
  • 06:15

    İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 217-yə çatıb
  • 06:00

    Joze Mourinyo "Trabzonspor" matçındakı mübahisəli epizodla bağlı paylaşım edib - FOTO
  • 05:52

    Avropa Komissiyasının rəhbəri Sandunu seçkilərdəki qələbə münasibətilə təbrik edib
  • 05:32

    Sandu Moldovada keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib
    Sandu Moldovada keçirilən prezident seçkilərində qalib gəldiyini bəyan edib
  • 05:29

    Boliviyanın qərbində 4,7 maqnitudalı zəlzələ olub
  • 03:16

    Maya Sandu Moldovada prezident seçkilərində liderdir
  • 03:08

    Türkiyə XİN Sudandakı vəziyyətlə bağlı bəyanat yayıb
Menyu