http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ermənistanda polisə atəş açılıb - YENİLƏNİB

08 Sentyabr 2024 , 09:49
Ermənistanda polisə atəş açılıb - YENİLƏNİB

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində polis əməkdaşlarının öldürülməsində və qətl törətmək cəhdində şübhəli bilinən 41 yaşlı Manuk Marqaryan saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. O, daha əvvəl axtarışa verilmişdi.

Qeyd olunur ki, Marqaryan sentyabrın 8-də saat 02:40-da Armavir vilayətinin Nalbandyan icmasında aşkarlanıb. Hazırda İstintaq Komitəsindədir.

Onun cinayəti törətdiyi avtomat da tapılıb.

Xatırladaq ki, hadisə dünən olub. Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb. Polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.

İki polis əməkdaşı yaralanıb, onlar xəstəxanaya çatdırılıb, yaralılardan biri ölüb.

09:50

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

“Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.

Məlumata görə, iki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri keçinib.

OXŞAR XƏBƏRLƏR
Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək

Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək

ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb

ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb

Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib

Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu