Türkmənistanın paytaxtı Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisi açılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında bildirib.
"Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik".
"Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür", - nazir qeyd edib.
Nərmin Qocamanova
Teqlər:
"A\u015fqabadda SOCAR-\u0131n ofisi a\u00e7\u0131l\u0131b"