Türkiyə XİN başçısının müavini Toivo Klaarla Cənubi Qafqazda sabitliyi müzakirə edib
Nərmin Qocamanlı
Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Cənubi Qafqazda sabitlik və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.