http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb

28 Noyabr 2023 , 17:46
Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb

Noyabrın 28-də Bakıda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu, həmçinin Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək üzrə İctimai Fondun vəsaitlərinin idarə edilməsi üzrə parlament komissiyası ilə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

"Operativ Media" xəbər verir ki, sənədləri Azərbaycan tərəfdən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Özbəkistan tərəfdən isə bu ölkənin Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev imzalayıb.

Memorandumların imzalanmasında məqsəd iki ölkənin qeyri-hökumət və qeyri-kommersiya təşkilatları arasında vətəndaş cəmiyyətinin inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, qeyri-hökumət təşkilatları arasında təmaslara yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması, həmçinin iştirakçılar arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənəd imzalandıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Anlaşma memorandumu Özbəkistanın QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Noyabrın 27-də Füzuli şəhərində ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlıq forumu keçirilib.

OXŞAR XƏBƏRLƏR
Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib

Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib

Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib

Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib

Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib

XƏBƏR LENTİ
  • 13:06

    Dəmir yollarında qaytarılan biletin məbləği hansı hallarda vətəndaşa geri ödənilir?
  • 13:06

    Binə qəsəbəsində evdə yanğın olub
  • 13:04

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib
  • 13:00

    “Green card” lotereyasına müraciət etmək istəyənlər hansı tələblərə uyğun olmalıdır?
  • 12:57

    Cümə gününün havası açıqlanıb
  • 12:50

    Belarus Prezidenti Baş nazir Əli Əsədovu qəbul edib
  • 12:46

    Lukaşenko COP29 iqlim konfransında iştirak edəcəyini təsdiqləyib
  • 12:43

    Lukaşenko: "Belarus və Azərbaycan üçüncü ölkələrə qarşı dost deyillər"
Menyu