Menyu

Qızılca peyvəndindən kənarda qalan uşaqlar vaksinasiya prosesinə cəlb olunacaqlar

Redaksiya
Qızılca peyvəndindən kənarda qalan uşaqlar vaksinasiya prosesinə cəlb olunacaqlar

Qızılca xəstəliyi ilə bağlı yaranan epidemioloji vəziyyətlə əlaqədar olaraq, qızılca peyvəndindən kənarda qalan uşaqların tibb müəssisələrində siyahısı hazırlanaraq, onların peyvəndə cəlb olunması davam edir.

"Operativ Media" xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər. Qeyd olunub ki, qızılca peyvəndi uşaqlara 12 ayında və 6 yaşında vurulur.

Uşaqların qızılca peyvəndindən kənarda qalmasının səbəbinə gəldikdə mərkəzdən bildiriblər ki, uşaqların qızılca peyvəndindən kənarda qalması və yoluxma hallarının artması əsasən valideynlər tərəfindən vaksinlərə inamın olmaması, əsassız imtina hallarının olması, COVID-19 pandemiyası dövründə uşaqların vaksinasiyadan kənarda qalması və s. ilə izah olunur.

Mərkəzdən, həmçinin bildiriblər ki, belə halların qarşısını almaq məqsədilə valideynlər arasında peyvəndlərin vacibliyi haqqında maarifləndirmə işləri davam edir.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12 faizi (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır.

Teqlər:

"Q\u0131z\u0131lca peyv\u0259ndind\u0259n k\u0259narda qalan u\u015faqlar vaksinasiya prosesin\u0259 c\u0259lb olunacaqlar"

Əlaqəli Xəbərlər