http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Lounes Magramaneni ilə görüşüb

29 Noyabr 2023 , 15:39
Ceyhun Bayramov Lounes Magramaneni ilə görüşüb

29 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi Lounes Magramaneni qəbul edib.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun, məsləhətləşmə mexanizminin, parlamentlərarası əməkdaşlığın və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında enerji, kənd təsərrüfatı, humanitar, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində sədrliyi dönəmində irəli sürülmüş təşəbbüslərin hərəkatın yenidən dirçəlməsi istiqamətində mühüm rol oynaması təqdir olunub. Əlcəzairin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin əhəmiyyəti qeyd olunub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı müqabil tərəf Azərbaycana qarşı təcavüzün tarixçəsi, post-münaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu barədə məlumatlandırılıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
 

OXŞAR XƏBƏRLƏR
Bayden və Netanyahu arasında telefon danışığı olub

Bayden və Netanyahu arasında telefon danışığı olub

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Astanada keçiriləcək görüşü təsdiqlənib

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Astanada keçiriləcək görüşü təsdiqlənib

Türkiyənin Baş Qərargah rəisi misirli həmkarı ilə görüşüb

Türkiyənin Baş Qərargah rəisi misirli həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 12:57

    Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
  • 12:49

    DİM mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçirəcək
  • 12:46

    Bayden və Netanyahu arasında telefon danışığı olub
  • 12:45

    Gürcüstan vətəndaşları mayın 28-dən Çinə vizasız gedə biləcəklər
  • 12:42

    Sabah ölkədə 32 dərəcə isti olacaq
  • 12:31

    Naxçıvan Baş Gömrük İdarəsi 21 kiloqramdan artıq heroin aşkar edib
  • 12:28

    Zelenski: "Ədalətli sülhə gedən yol iyunda başlaya bilər"
  • 12:14

    Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
    Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Menyu