27 Noyabr 2022, 17:07
Almaniya kansleri: "Ukraynaya qarşı müharibədə Rusiya qalib gələ bilməz"
Almaniya kansleri: "Ukraynaya qarşı müharibədə Rusiya qalib gələ bilməz" şəkil
Almaniya kansleri: "Ukraynaya qarşı müharibədə Rusiya qalib gələ bilməz"

Almaniya kansleri Olaf Şolts əmindir ki, bütün Qərb dövlətləri tərəfindən dəstəklənən Ukraynaya qarşı müharibədə Rusiya qalib gələ bilməz.

"Operativ Media" Spiegel-ə istinadən xəbər verir ki, kansler bunu Brandenburq ştatının Kottbus şəhərində keçirilən konfransda deyib.

“Almaniya və digər tərəfdaş ölkələrin Ukraynaya dəstəyini nəzərə alsaq, getdikcə daha aydın olur ki, Rusiya bu müharibədə nəinki qalib gəlməməli, hətta qalib gəlməyəcək”, - Şolts bildirib.

Kansler həmçinin Ukraynaya maliyyə, humanitar və hərbi-texniki yardımlara “lazımı qədər” dəstək veriləcəyini deyib.

Son xəbərlər
Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb
Magistraturaya qəbul imtahanı keçirilib - YENİLƏNİB
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib
Trampın qadağanı ləğv etdiyi "MK-84" bombalar İsrailə çatdırılıb
Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Rusiyada zəlzələ baş verib