Menyu

Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb - YENİLƏNİB

30 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və regional vəziyyət müzakirə edilib.

Nazir həmkarını post-münaqişə dövründə reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb.

Bölgədə sülhün alternativinin olmadığı, Ermənistan tərəfinin təxribatçı addımlardan çəkinəcəyinə ümidvar olduğumuz nazir tərəfindən vurğulanıb.

Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:43

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveçrə xarici işlər naziriİqnasio Kassis ilə görüşüb. 

"Operativ Media" xəbər verir ki, bu barədə XİN başçısı öz "X" hesabında paylaşım edib.

Görüşdə Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin perspektivləri və ən aktual qlobal xarici siyasət məsələləri geniş müzakirə edilib.

Teqlər:

"Ceyhun Bayramov isve\u00e7r\u0259li h\u0259mkar\u0131 il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər