Menyu

Azərbaycan və İsveç XİN başçıları son regional hadisələri müzakirə ediblər - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan və İsveç XİN başçıları son regional hadisələri müzakirə ediblər - YENİLƏNİB

30 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə İsveç arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Azərbaycan-İsveç ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına impuls verilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti və rolu qeyd olunub.

Görüşdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib. 

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

16:02

ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İsveç XİN rəhbəri Tobias Billstrom ilə görüşüb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov öz "X" hesabında bildirib.

Görüş zamanı, nazirlər Azərbaycan-İsveç ikitərəfli gündəliyin cari vəziyyətini və perspektivlərini, həmçinin son regional hadisələri müzakirə ediblər.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 \u0130sve\u00e7 X\u0130N ba\u015f\u00e7\u0131lar\u0131 son regional hadis\u0259l\u0259ri m\u00fczakir\u0259 edibl\u0259r - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər