Menyu

Ceyhun Bayramov Bosniya və Herseqovina XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ceyhun Bayramov Bosniya və Herseqovina XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB

30 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının Skopye şəhərində keçirilən 30-cu iclasında iştirakı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüş keçirib.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və bu xüsusda, qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb. 

Görüş zamanı iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün daha böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb və bu xüsusda, qarşılıqlı investisiyaların təşviqi və enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Elmedin Konakoviç ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayıb və məmnuniyyətlə ölkəmizə səfər edəcəyini qeyd edib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

16:54

"ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Bosniya və Herseqovinanın Xarici İşlər Naziri Dino Konakovic ilə görüşməkdən məmnunam",

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov öz "X" hesabında paylaşım edib.

"Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli gündəlikdəki məsələlər müzakirə edilib", - paylaşımda qeyd olunub.

Teqlər:

"Ceyhun Bayramov Bosniya v\u0259 Herseqovina X\u0130N r\u0259hb\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər