Menyu

Fransada baş nazir parlamentdə siqaret çəkdiyinə görə tənqid edilib

Nərmin Qocamanlı
Fransada baş nazir parlamentdə siqaret çəkdiyinə görə tənqid edilib

Fransalı deputatlar parlamentin palatasında siqaret çəkən Baş nazir Elizabet Borneni sərt tənqid ediblər.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Fransa parlamentinin aşağı palatasında keçirilən görüşdə solçu “Unbowed France” partiyasından olan deputat Karolin Fia Milli Assambleyanın iclas zalında siqaret çəkən baş naziri tənqid edib.

"Burada qanunlar qəbul edirik. Biz isə qanundan yuxarı deyilik. İnsanlar sizə müraciət edəndə iclas zalında siqaret çəkmək tam hörmətsizlikdir", - deputat bildirib.

İclas dövlət qurumunun rəsmi saytında yayımlanıb. Siyasətçi qeyd edib ki, 2007-ci ildən Fransa ictimai yerlərdə siqaret çəkməyə qadağa tətbiq edib və Milli Assambleyanın iclaslarının keçirildiyi Burbon Sarayı da istisna deyil.

O xatırladıb ki, səhiyyə naziri Orellan Russo ötən gün siqaretlə mübarizə üçün daha sərt tədbirlər elan edib. Xüsusilə, çimərliklərdə, parklarda, meşələrdə və ictimai yerlərə yaxın ərazilərdə siqaret çəkilməsi qadağan ediləcək. Bir qutu siqaretin qiyməti tədricən 11 avrodan 13 avroya qalxacaq.

Teqlər:

"Fransada ba\u015f nazir parlamentd\u0259 siqaret \u00e7\u0259kdiyin\u0259 g\u00f6r\u0259 t\u0259nqid edilib"

Əlaqəli Xəbərlər