http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Milli Məclisin sədri Almaniyaya səfərə gedib

30 Noyabr 2023 , 19:13
Milli Məclisin sədri Almaniyaya səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniyaya rəsmi səfərə gedib.

Bu barədə "Operativ Media"ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərcivəsində S.Qafarova paytaxt Berlində yerləşən "Gallery Berlin"də təşkil olunan "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi ilə tanış olub.

Azərbaycan parlamentinin spikeri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin misilsiz xidmətləri haqqında danışıb, onun Azərbaycan mədəniyyətinə diqqət və qayğısı barədə fikirlərini bildirib. O, Prezident İlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsası Ulu Öndər tərəfindən qoyulmuş işləri uğurla davam etdirdiyini qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sahədə reallaşdırılan irimiqyaslı layihələri diqqətə çatdırıb.

Tədbirdə həmçinin, "Heydər Əliyev ili" çərçivəsində Milli Məclis tərəfindən təşkil olunan tədbirlər barədə də məlumat verilib.

Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri – Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Elşən Musayev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər sərgi ilə tanış olublar. Sərginin ziyarətçilərdə böyük marağa səbəb olduğu vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir

İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir

Baş nazir Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət edib

Baş nazir Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət edib

XƏBƏR LENTİ
  • 15:13

    Macarıstan hərbiçiləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində olublar
  • 15:10

    Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub
  • 15:07

    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
  • 15:03

    NATO-nun yeni Baş katibi Kiyevə gedib
  • 15:01

    Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
  • 14:55

    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
  • 14:45

    Paşinyan Fransada səfərdədir
  • 14:30

    "Qarabağ"ın oyunu ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Menyu