http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

30 Noyabr 2023 , 19:47
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

Noyabrın 30-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Operativ Media"ya Azərbaycan İnvestisiya Holdinqindən məlumat verilib. 

Məlumata görə, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq Cəmiyyətin 2023-cü ilin ilk 3 rübü üzrə idarəetmə hesabatı dinlənilib, cari il üzrə büdcəsinin icra vəziyyətinə dair məlumatlar nəzərdən keçirilib. Cəmiyyətin növbəti il üzrə büdcə proqnozları müzakirə olunaraq Müşahidə Şurası tərəfindən təsdiq edilib.

İclasda həmçinin, Cəmiyyətin 2024-2026-cı illəri əhatə edən investisiya fəaliyyəti, o cümlədən Gəmiçiliyin donanmasının yenilənməsi və Transxəzər marşrutu ilə daşımaların artan həcminin qarşılanması məqsədilə Gəmiçilik tərəfindən Bakı Gəmiqayırma Zavodunda yeni gəmilərin tikintisi və Xəzər dənizindən kənar su hövzələrində fəaliyyəti təmin edəcək gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi strategiyası müzakirə edilərək müvafiq qərar qəbul edilmişdir.

İclasda Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlər də  nəzərdən keçirilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir

İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir

Baş nazir Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət edib

Baş nazir Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət edib

XƏBƏR LENTİ
  • 15:13

    Macarıstan hərbiçiləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində olublar
  • 15:10

    Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub
  • 15:07

    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
  • 15:03

    NATO-nun yeni Baş katibi Kiyevə gedib
  • 15:01

    Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
  • 14:55

    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
  • 14:45

    Paşinyan Fransada səfərdədir
  • 14:30

    "Qarabağ"ın oyunu ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Menyu