http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Milli Məclisin sədri: “Azərbaycan regionda uzunmüddətli sülh üçün böyük səylər göstərir”

30 Noyabr 2023 , 20:23
Milli Məclisin sədri: “Azərbaycan regionda uzunmüddətli sülh üçün böyük səylər göstərir”

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Müharibənin gətirdiyi bütün ağrı-acılara baxmayaraq, Azərbaycan dəfələrlə sülhə hazır olduğunu ifadə edib”.

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan qəbulda çıxışı zamanı səsləndirib. O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu, ədalətli sülh olmalıdır - hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan sülh. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalına toxunan parlamentin spikeri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif etməklə regionumuzda uzunmüddətli davamlı sülhün bərqərar olunması istiqamətində böyük səylər göstərir.

İştirakçıların diqqətinə çatdırılıb ki, Ermənistanın siyasi və hərbi təxribatları, onun son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin aparılmasını qaçılmaz edib. Bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib, mülki şəxslər arasında itki qeydə alınmayıb. Nəticədə separatçı rejim özünü buraxdığını elan edib və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Spiker Sahibə Qafarova deyib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Sıfırdan yeni şəhərlər, kəndlər salınır, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. “Böyük Qayıdış Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna kimi 140 mindən çox insan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq.

Milli Məclisin sədri təəssüflə xatırladıb ki, işğal illərində Ermənistanın bu ərazilərdə yerləşdirdiyi 1 milyondan çox mina yenidənqurma işlərini və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını ləngidir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra 340-dan çox azərbaycanlı mina partlayışlarının qurbanı olub. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, minatəmizləmə fəaliyyətlərində ən az beynəlxalq dəstək alır.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir

İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir

Baş nazir Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət edib

Baş nazir Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət edib

XƏBƏR LENTİ
  • 15:13

    Macarıstan hərbiçiləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində olublar
  • 15:10

    Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub
  • 15:07

    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
  • 15:03

    NATO-nun yeni Baş katibi Kiyevə gedib
  • 15:01

    Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
  • 14:55

    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
  • 14:45

    Paşinyan Fransada səfərdədir
  • 14:30

    "Qarabağ"ın oyunu ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Menyu