http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

GUAM ölkələri gömrük sahəsi üzrə aparılan islahatlar barədə fikir mübadiləsi aparıb

30 Noyabr 2023 , 20:37
GUAM ölkələri gömrük sahəsi üzrə aparılan islahatlar barədə fikir mübadiləsi aparıb

GUAM üzv ölkələrində gömrük sahəsində həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparılıb.

Bu barədə “Operativ Media”ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, fikir mübadiləsi noyabrın 30-da GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 36-cı iclası zamanı aparılıb.

Onlayn formatda keçirilən tədbirdə, həmçinin 35-ci iclasın protokolunun icrası, Səlahiyyətli İqtisadi Operatorlar və Blokçeyn işçi qruplarının gələcək fəaliyyəti müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov son dövrlərdə ölkəmizdə gömrük sahəsində aparılan islahatlar, ticarətin asanlaşdırılması, prosedurların sadələşdirilməsi ilə bağlı görülən işlər, tətbiq edilən layihələr barədə məlumat verib. “Gömrük İnkişaf Modeli”, “TransXəzər Gömrük Portalı”, Avtomatlaşdırılmış Risk Analizi sistemi (ARAS), Səlahiyyətli İqtisadi Operator (SİO) layihələri barədə məlumat verilərək bildirilib ki, məqsəd süni intelekt, qabaqcıl texnologiya və metodların tətbiqi hesabına gömrük işininin təşkili prosesində səmərəliliyin artırılması, beynəlxalq ticarətin və tranzitin asan, sürətli şəkildə həyata keçirilməsinə şərait yaradılmasıdır.

Digər üzv ölkələrin nümayəndələri də gömrük sahəsində həyata keçirilən islahatlardan, tətbiq edilən yeniliklərdən bəhs edib, əməkdaşlığın, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir

İcma: Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana "öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir

Baş nazir Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət edib

Baş nazir Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət edib

XƏBƏR LENTİ
  • 15:13

    Macarıstan hərbiçiləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində olublar
  • 15:10

    Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub
  • 15:07

    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
    İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub
  • 15:03

    NATO-nun yeni Baş katibi Kiyevə gedib
  • 15:01

    Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
  • 14:55

    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
  • 14:45

    Paşinyan Fransada səfərdədir
  • 14:30

    "Qarabağ"ın oyunu ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Menyu