http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB

30 Noyabr 2023 , 22:11
Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə ATƏT Parlament Assambleyasının mümkün töhfələri ətrafında müzakirələr aparılıb.

Parlamentlərarası dialoqun, qarşılıqlı səfərlərin və ATƏT PA çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə C.Bayramov bu gün bölgədə yaranmış yeni reallıqlardan söz açıb, Azərbaycanın Qarabağ bölgəsində anti-terror tədbirlərinə gətirən səbəblər barədə məlumat verib.

Görüşdə həmçinin, sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan və Ermənistan arasında normallaşmaya dair ölkəmizin mövqeyi diqqətə çatdırılıb, Ermənistanın bu cür səylərə zərbə vuran addımları və hərbi-siyasi təxribatları diqqətə çatdırılıb.

C.Bayramov Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq, bölgədə sülh və sabitliyin bərqərar olunmasına ölkəmizin sadiqliyini bir daha vurğulayıb.

Ermənistanın törətdiyi mina təhdidləri barədə geniş məlumat verilib.

ATƏT PA-nın iki ölkənin nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola biləcəyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 21:58

Xarici işlər naziri Ceyhun Bayramov Kopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında ATƏT PA-nın sədri Pia Kauma ilə görüşüb. Görüşdə Azərbaycanla ATƏT PA arasında əməkdaşlıq müzakirə edilib.

“Operativ Media” xəbər verir ki, Ceyhun Bayramov bu barədə “X”də paylaşım edib.

P.Kaumaya münaqişədən sonrakı regional vəziyyət və sülh prosesinin perspektivləri barədə məlumat verilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu