http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”

01 Dekabr 2023 , 00:27
XİN rəhbəri: “Humanitar məsələlər”lə bağlı narahatlıqlar əsassızdır”

“Humanitar məsələlər” ilə bağlı ifadə edilən narahatlıqlar əsassızdır”.

Xarici İşlər Nazirliyindən “Operativ Media”ya verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxışında deyib.

Nazir qeyd edib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən yerində aparılan müşahidələr də narahatlıqların əsassızlığını tam təsdiqləyib: “Ümumilikdə götürdükdə, Azərbaycan anti-terror tədbirlərində nümunəvi davranış nümayiş etdirib. Heç bir erməni sakin bölgəni tərk etməyə məcbur edilməyib. Əksinə, Azərbaycan yerli erməni sakinlərə bərabərhüquqlu Azərbaycan vətəndaşları kimi qalmaq və reinteqrasiya istiqamətində ardıcıl çağırışlar edib. Azərbaycan hökuməti müstəsna olaraq Azərbaycanın daxili məsələsi olan ölkə vətəndaşlığı əsasında yerli sakinlərin gələcək reinteqrasiyası üçün hərtərəfli plan elan etmək də daxil olmaqla, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərib”.

Azərbaycanın bu yanaşması Ermənistanın ərazilərindən zorla qovduğu yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının bərpasından davamlı şəkildə imtina etməsi ilə tamamilə ziddiyyət təşkil edir:

“Dağıntılara və sağalmamış yaralara baxmayaraq, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. Təəssüf ki, Azərbaycanın birmənalı olaraq sülh prosesinə sadiqliyinə baxmayaraq, proses yersiz ləngimələrdən əziyyət çəkir. Sülh sazişinin layihəsinə nəhayət ki öz şərhlərini təqdim etmək üçün Ermənistana iki ay yarımdan çox vaxt lazım oldu. Eyni səbəbdən, bir sıra üçüncü tərəflərin qərəzli və birtərəfli hərəkətləri də prosesə ciddi şəkildə təsir edir”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

COP20-nin prezidenti: "Bakıda yeni iqlim maliyyə hədəfi üzrə sazişin uğursuz olmasına yol verməməliyik"

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu