Menyu

Prezident İlham Əliyev COP28 Sammitində iştirak edib - YENİLƏNİB

Nərmin Qocamanlı
Prezident İlham Əliyev COP28 Sammitində iştirak edib - YENİLƏNİB

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar.

Əvvəlcə birgə foto çəkdirildi.

 

***

10:41

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Prezidenti Sammitin keçirildiyi məkana gəlib.

Dövlət başçısını BMT Baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıb.

Teqlər:

"Prezident \u0130lham \u018fliyev COP28 Sammitind\u0259 i\u015ftirak edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər