KİV: Blinken döyüşlərin bərpasından dərhal sonra İsraili tərk edib
Nərmin Qocamanlı
ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəs rejiminin pozulması və döyüşlərin yenidən başlamasından bir neçə dəqiqə sonra İsraildən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçub.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin Kan radiosu məlumat yayıb.
“Hərbi əməliyyatların bərpasından bir neçə dəqiqə sonra Blinken İsrailə səfərini başa vurdu və Birləşmiş Ərəb Əmirliklərinə uçdu”, – məlumatda deyilir.
Teqlər:
"K\u0130V: Blinken d\u00f6y\u00fc\u015fl\u0259rin b\u0259rpas\u0131ndan d\u0259rhal sonra \u0130sraili t\u0259rk edib"