Menyu

Azərbaycan və Monteneqro arasında əməkdaşlığın perspektivləri müzakirə olunub - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan və Monteneqro arasında əməkdaşlığın perspektivləri müzakirə olunub - YENİLƏNİB

1 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan və Monteneqro arasında diplomatik münasibətlərin qurulmasından ötən 15 il ərzində iki ölkənin dostluq və əməkdaşlığa əsaslanan əlaqələr qurduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu istiqamətdə qarşılıqlı səfər və təmasların, siyasi məsləhətləşmələrin intensivləşməsinin əhəmiyyətli rol oynadığını qeyd edib.

İki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, investisiyalar, turizm, təhsil, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğu, bu istiqamətdə münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, habelə müqavilə-hüquq bazasının genişləndirilməsi üçün siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Nazir Filip İvanoviç, Monteneqronun Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə olunmasında maraqlı olduğunu, bu istiqamətdə qarşılıqlı dialoqun davam etdirilməsinin zəruri olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***

15:49

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində Monteneqronun Xarici İşlər Naziri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparırlar.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Monteneqro aras\u0131nda \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131n perspektivl\u0259ri m\u00fczakir\u0259 olunub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər