01 Dekabr 2023, 16:21
Qızılca ilə necə mübarizə aparmalı? - AÇIQLAMA
Qızılca ilə necə mübarizə aparmalı? - AÇIQLAMA şəkil
Qızılca ilə necə mübarizə aparmalı? - AÇIQLAMA

Qızılca xəstəliyi artıq bir neçə gündür ki, gündəmdən düşmür. Hava damcı yolu ilə yayılan bu virusa uşaqlar daha tez yoluxurlar. Bu səbəbdən ölən uşaqlar da var. Artıq bəzi məktəblərdə qızılcaya yoluxma ilə bağlı profilaktik tədbirlər görülür, uşaqların hərarəti ölçülür. 

Bəs valideynlər övladlarının qızılcaya yoluxduğunu necə təyin edə bilərlər?

Bu barədə infeksionist-hepatoloq dr. Mərdan Əliyev “Operativ Media”ya bildirib ki, qızılcaya yoluxan uşaqlarda qızdırma və dəri səpkiləri olur:

“Səpkilər yuxarıdan, yəni üzdən başlayır və üzüaşağı yayılaraq boyun, döş qəfəsi, qollarda və aşağı ətraflarda əmələ gəlir. Həmçinin gözdə konyunktivit, göz qızarması və göz iltihabı müşahidə olunur. Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur, buna görə də simptomatik müalicə aparılır. Xəstələr ev şəraitində soyuğa verilməməli, istirahət rejimində olmalıdırlar. Çoxlu maye qəbul etməlidirlər. İsti çay, su, limondan da istifadə etmək daha yaxşı olar. Qızdırma yüksələrsə, qızdırmasalıcı dərmanlar vermək lazımdır”.

Həkim qeyd edib ki, qızılcaya qarşı peyvənd uşaqların rutin peyvəndləri arasındadır:
“Qızılcaya qarşı iki peyvənd olur. Onlardan biri uşağın bir yaşında, digəri isə 6 yaşında vurulur”.

Qeyd edək ki, bir dəfə qızılca olan şəxs ikinci dəfə bu virusa yoluxmur.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır