Menyu

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

Azərbaycan rəsmiləri Çində Qarabağdakı ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqini müzakirə edib

Çində Azərbaycanın azad edilmiş ərazilərində ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də paylaşım edib.

"Prezident cənab İlham Əliyevin iştirakı ilə Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) G77+ Çin liderlərinin Zirvə görüşündə iştirak etdik.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə ölkəmizin qlobal iqlimdəyişikliyi hədəfləri barədə danışdıq. Azərbaycanın inklüziv inkişafı, yaşıl enerji ölkəsinə transformasiyası, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi və minatəmizləmə təşəbbüslərimizlə bağlı məlumat verdik", - paylaşımda qeyd edib.

Teqlər:

"Az\u0259rbaycan r\u0259smil\u0259ri \u00c7ind\u0259 Qaraba\u011fdak\u0131 ekoloji m\u00fchiti d\u0259st\u0259kl\u0259y\u0259n investisiyalar\u0131n t\u0259\u015fviqini m\u00fczakir\u0259 edib"

Fotogalereya

Əlaqəli Xəbərlər