3,3 milyard insan qlobal istiləşmədən əziyyət çəkir
Bu gün dünyada 3 milyarddan çox insan qlobal istiləşmədən əziyyət çəkir.
“Operativ Media" “Al-Arabiya”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Vanessa Kerri Dubayda keçirilən BMT-nin iqlim konfransında (COP28) deyib.
Onun sözlərinə görə, bir çox insanlar iqlim dəyişikliklərinin gözlənilməz nəticələri ilə üz-üzədir.
O qeyd edib ki, bu, qalıq yanacaqların istifadəsi ilə birbaşa bağlıdır. Mütəxəssis vəziyyətdən çıxış yolunu qalıq yanacaq istehsalından imtina etməkdə görür.
“Sadəcə istixana qazı emissiyalarını azaltmaq cavab deyil”, - Kerri xəbərdarlıq edib.
Qeyd edək ki, dekabrın 1-də Fransa Prezidenti Emmanuel Makron “Böyük Yeddilik” (G7) ölkələrini 2030-cu ilə qədər kömürdən istifadəni mərhələli şəkildə dayandırmağa çağırıb.
Teqlər:
"3 3 milyard insan qlobal istil\u0259\u015fm\u0259d\u0259n \u0259ziyy\u0259t \u00e7\u0259kir"