Menyu

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub

2021-ci il təvəllüdlü azyaşlı Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub.

"Operativ Media" xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, azyaşlı 30.11.2023-cü il tarixində saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.

Xəstə süni tənəffüs aparatına qoşulub.

Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və 02.12.2023-cü il tarixində saat 17:00-da bioloji ölüm baş verib.

Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.

Teqlər:

"Q\u0131z\u0131lcadan \u00f6l\u0259n 2 ya\u015fl\u0131 u\u015fa\u011f\u0131n peyv\u0259nd olunmad\u0131\u011f\u0131 m\u0259lum olub"

Əlaqəli Xəbərlər