Çində gündəlik koronavirusa yoluxanların sayının kəskin artması ilə əlaqədar ölkədə sərt karantin rejimi yenidən tətbiq edilir.
"Operativ Media" xəbər verir ki, Paytaxt Pekin və ölkənin bir sıra şəhərində sərtləşdirilmiş karantin rejmi qaydalarına qarşı etiraz aksiyası keçirilir.
Bir qrup nümayişçi gecə saatlarında paytaxt Pekində toplaşıb. Onlar əllərində ağ kağızlarla şüarlar səsləndiriblər.
Qeyd edək ki, ölkədə gündəlik yoluxma hallarının sayı epidemiya başlayandan bəri ilk dəfə olaraq 40 mini keçib.






