04 Dekabr 2023, 17:31
“Siqaret çəkmək depressiya və bipolyar pozğunluq riskini artırır”
“Siqaret çəkmək depressiya və bipolyar pozğunluq riskini artırır” şəkil
“Siqaret çəkmək depressiya və bipolyar pozğunluq riskini artırır”

Danimarkada Orhus Universitetinin alimləri müəyyən ediblər ki, siqaret çəkmək depressiv və bipolyar pozğunluqlar riskini artırır.

“Operativ Media” bildirir ki, bu barədə araşdırmanın nəticələri Norveçin Acta Psychiatrica Scandinavica (APS) jurnalında dərc olunub.

Məlumatları bioloji nümunələrin ən böyük anbarı olan British Biobankdan əldə edilən tədqiqatda təxminən 350 min nəfər iştirak edib. Alimlər iştirakçıların sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb, onların pis vərdişləri və psixi xəstəliklərin olub-olmadığını müəyyənləşdirib, həmçinin DNT-lərini təhlil ediblər.

Tədqiqatçılar siqaret çəkən iştirakçıların genomlarında bir sıra təkrarlanan genetik variantları aşkar ediblər. Çox güman ki, bu pis vərdişə meyl irsi xarakter daşıyır. Eyni zamanda, övladlığa götürən siqaret aludəçisi valideynlərin uşaqlarının da nikotin asılılığının inkişaf riski daha yüksəkdir.

Alimlər nikotinin beyində serotoninin udulmasını əngəllədiyini və bunun depressiyaya səbəb ola biləcəyini irəli sürüblər. Bu xəstəliyin nörotransmitterlərin (serotonin və norepinefrin) metabolizmasını pozduğuna dair bir fikir var. Beləliklə, insan bədəni bunlardan birini kifayət qədər istehsal etməyi dayandırır. Bu patologiya emosional yüksəliş (maniya) və aşağı düşmə (depressiya) dövrləri ilə xarakterizə olunan bipolyar pozğunluqla müşayiət olunur.

Həmçinin araşdırmaçılar hesab edirlər ki, depressiv və bipolyar pozğunluqların inkişafı beyində iltihaba səbəb olan siqaretdən qaynaqlanır. Bu proses əhvalın tənzimlənməsindən məsul olan ayrı-ayrı sahələrin zədələnməsinə səbəb ola bilər.

Son xəbərlər
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək