http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq

04 Dekabr 2023 , 19:14
Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq

Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq.

“Operativ Media” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, partiyalar arasında əlaqələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir: "Bu əlaqələrin inkişaf etdirilməsi dövlətlər arasında əlaqələrin inkişafına da öz töhfəsini verir. Biz qısa zaman ərzində iş birliyinin yeni müstəviyə keçməsinə nail olacaq”.

T.Budaqov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Yeni Azərbaycan Partiyası qarşıya yeni hədəflər qoyub və bunlardan biri də partiyanın xarici əlaqələrinin genişləndirilməsidir: “Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası ilə birgə memorandum imzalayıb və hər iki hakim partiyanın nümayəndələri qarşılıqlı səfərlər ediblər. Biz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hakim partiyalarının əlaqələrinin daha da genişləndirilməsinə töhfə verməyə çalışırıq”.

YAP rəsmisi vurğulayıb ki, Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında yeni memorandum imzalanması gözlənilir: “Həmçinin Qazaxıstanın hakim partiyası ilə də əlaqələrimiz genişlənir. Eyni zamanda Avropada yaşayan türklərlə əlaqələrimizi genişləndirməyə çalışacağıq”.//Report//

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB

Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib

Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib

COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır

COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır

XƏBƏR LENTİ
  • 19:24

    Ukrayna Silahlı Qüvvələri Kursk AES-ə hücum edib
  • 19:15

    Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb
  • 19:08

    Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edilib
  • 19:05

    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
  • 19:05

    I Liqa: "Zaqatala", "Karvan" və "İmişli" qələbə qazandı
  • 18:50

    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
  • 18:42

    Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək
  • 18:41

    Hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir
Menyu