http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Qərbi Azərbaycan İcmasında bir sıra görüşlər keçirilib

04 Dekabr 2023 , 19:39
Qərbi Azərbaycan İcmasında bir sıra görüşlər keçirilib

Dekabrın 5-də keçiriləcək Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında görüşlər baş tutub.

"Operativ Media" xəbər verir ki, ilk görüşdə İcmanın İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, İcma sədrinin müavini, millət vəkili Ramil Həsənlə, Xaricdə yaşayan Qərbi Azərbaycan İcmasının üzvləri - Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev, Azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, “Qərbi Azərbaycana Qayıdış” təşkilatının rəhbəri Zaur Sadıqbəyli, Şimali Karolina-Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin dosenti və həmsədri Əli Əsgərov iştirak ediblər.

İcma sədri Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış istiqamətində xaricdə yaşayan soydaşlarımızın məqsədyönlü fəaliyyətinin böyük önəm daşıdığını bildirib. Sədr qeyd edib ki, bununla bağlı xaricdə yaşayan Qərbi Azərbaycanlıların üzərinə mühüm vəzifə düşür.

İcma sədrinin müavini, millət vəkili Ramil Həsən deportasiyalar nəticəsində öz ata-baba yurdlarından çıxarılan soydaşlarımızın bu insanlıq əleyhinə cinayət nəticəsində dünyanın müxtəlif ölkələrinə də səpələndiyini, bütün bu halların deportasiyaların miqyasının nə qədər geniş olduğunu deməyə əsas verdiyini diqqətə çatdırıb.

Xaricdə yaşayan soydaşlarımız Nuran Abdullayev, Əli Əsgərov və Zaur Sadıqbəyli İcma rəhbərliyinin səsləndirdikləri fikirlərə qoşularaq ata-baba yurdlarına qayıdışla bağlı xaricdəki soydaşlarımızın təşkilatlanmasının önəmini qeyd ediblər. Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan artıq ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB

Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib

Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib

COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır

COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır

XƏBƏR LENTİ
  • 19:15

    Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb
  • 19:08

    Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edilib
  • 19:05

    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
  • 19:05

    I Liqa: "Zaqatala", "Karvan" və "İmişli" qələbə qazandı
  • 18:50

    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
  • 18:42

    Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək
  • 18:41

    Hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir
  • 18:35

    Monqolustanın prokurorluq əməkdaşları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olublar
Menyu