Menyu

İran XİN rəhbəri Rusiyaya səfər edəcək

İran XİN rəhbəri Rusiyaya səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyaya işgüzar səfərə gedəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə diplomat özünün "X" hesabında paylaşım edib.

"Xəzər dənizi hövzəsi ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək, Rusiya xarici işlər naziri və digər həmkarlarımla ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Moskvaya səfər edəcəm.

Regionda müxtəlif iqtisadi çətinliklərə və ekoloji problemlərə baxmayaraq, əməkdaşlıq və kollektiv iştirak əhəmiyyətlidir.

Xəzər dənizi hövzəsi ölkələri arasında çoxtərəfli ticarət əlaqələrinin sürətləndirilməsi İran İslam Respublikasının qonşuluq siyasətində xüsusi əhəmiyyətə malikdir", - iranlı nazir qeyd edib.

Teqlər:

"\u0130ran X\u0130N r\u0259hb\u0259ri Rusiyaya s\u0259f\u0259r ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər