http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan və Türkiyənin hakim partiyalarının nümayəndələri arasında görüş keçirilib

04 Dekabr 2023 , 20:14
Azərbaycan və Türkiyənin hakim partiyalarının nümayəndələri arasında görüş keçirilib

Dekabrın 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, qonaqları salamlayan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını vurğulayaraq YAP-AK Parti işbirliyinin önəminə diqqəti cəlb edib. Bu ilin oktyabr ayında YAP nümayəndə heyətinin qardaş Türkiyəyə səfərini məmnunluqla xatırlayan Tahir Budaqov səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. O, 2021-ci il iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin icra olunmasının, o cümlədən qarşılıqlı səfərlərin reallaşdırılmasının, fikir və təcrübə mübadiləsinin aparılmasının həm YAP-AK Parti, həm də bütövlükdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfə olduğunu diqqətə çatdırıb.

İki partiyanın gəncləri arasında əlaqələrin gücləndirilməsinin önəminə diqqəti cəlb edən YAP Mərkəzi Aparatının rəhbəri AK Parti nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar və faydalı olacağına əminliyini ifadə edib.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və bütün dünyaya nümunə olduğunu vurğulayıb. “Azərbaycan ilə Türkiyə hər zaman bir-birinin yanındadır”,- deyən Zafer Sırakaya qarşılıqlı səfərlərin münasibətlərin inkişafına və əməkdaşlığın dərinləşdirilməsinə təkan verdiyini bildirib.

Hakim partiyalar arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi diqqət mərkəzində olduğunu söyləyən Z.Sırakaya AK Partinin YAP ilə işbirliyinə böyük önəm verdiyini qeyd edib. Partiyalararası münasibətlərin dinamik xarakter daşıdığını qeyd edən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini “Şübhə yoxdur ki, genişmiqyaslı əməkdaşlıq çərçivəsində görəcəyimiz işlər həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olacaq, müştərək hədəflərin gerçəkləşməsini təmin edəcək” deyib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb

Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb

Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

XƏBƏR LENTİ
  • 21:05

    AL: "Malmö" hesabı bərabərləşdirir - YENİLƏNİR
    AL: "Malmö" hesabı bərabərləşdirir - YENİLƏNİR
  • 20:53

    Rusiya ordusu Ukraynanın Uqledar şəhərini nəzarətə götürüb
  • 20:33

    Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - YENİLƏNİB
  • 20:19

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO
  • 20:15

    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
  • 20:12

    Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB
    Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB
  • 19:50

    Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb
    Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb
  • 19:44

    Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Menyu