Menyu

Qərbi Azərbaycan İcmasında AK Parti Sədrinin müavini ilə görüş olub

Nərmin Qocamanlı
Qərbi Azərbaycan İcmasında AK Parti Sədrinin müavini ilə görüş olub

Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, millət vəkili Zafer Sırakaya və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli arasına görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, Ə. Ələkbərli qonağa Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması, Qərbi Azərbaycan İcması və onun sələfi - 1989-ci ildə təsis edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib.

Bildirilib ki İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, UNESCO, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığı daxil olmaqla, beynəlxalq aləmdə insan hüquqları və humanitar məsələlər sahəsində bütün mötəbər qurumlarla dialoq və əməkdaşlıq qurub. Türkiyənin bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də Azərbaycana daim dəstək verdiyi vurğulanıb.

Zafer Sırakaya da öz növbəsində beynəlxalq konfransa dəvətə görə təşəkkürünü bildirib. O əlavə edib ki, bu konfrans Qərbi azərbaycanlıların haqq səsinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir.

Teqlər:

"Q\u0259rbi Az\u0259rbaycan \u0130cmas\u0131nda AK Parti S\u0259drinin m\u00fcavini il\u0259 g\u00f6r\u00fc\u015f olub"

Əlaqəli Xəbərlər