Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının dekabrın 19-da Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan məlumat verib.
Nikol Paşinyan noyabrın 23-də Minskdə keçirilən KTMT sammitində iştirak etməyib. Ermənistanın xarici işlər və müdafiə nazirləri də Belarus paytaxtında keçirilən tədbirlərdə iştirakdan imtina ediblər. İrəvan KTMT-dəki səfirini geri çağırıb və yeni səfir təyin etməyib.