http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramovla Maykl Zibert arasında görüş olub

28 Noyabr 2022 , 17:25
Ceyhun Bayramovla Maykl Zibert arasında görüş olub

Noyabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibert arasında görüş keçirilib.

Bu barədə "Operativ Media"ya XİN-dən bildirilib.

Qeyd olunub ki, görüş zamanı, Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyi üzrə səyləri, Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə Üçtərəfli Bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmaması, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu