http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycanla İran arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

05 Dekabr 2023 , 22:42
Azərbaycanla İran arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Tərəflər bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. Bu xüsusda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, Ermənistan tərəfindən törədilən maneçilik, habelə Qarabağ bölgəsində antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə qarşı tərəfə məlumat verib.

Bölgədə Ermənistanın silahlandırılması səylərinin sülh və sabitliyə təhdid olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb

Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb

Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

XƏBƏR LENTİ
  • 23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • 23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • 23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
  • 23:05

    “İstehlakçı hüquqları” mövzusunda fotomüsabiqəyə start verilib
  • 22:49

    Ruandada Marburq virusundan 11 nəfər ölüb
  • 22:41

    AL: "Qarabağ" "Malmö"yə məğlub oldu
    AL: "Qarabağ" "Malmö"yə məğlub oldu
  • 22:21

    ABŞ-da "Helen" qasırğası nəticəsində ölənlərin sayı 202-ə çatıb
  • 21:32

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
Menyu