Menyu

Blinken çinli həmkarı ilə danışıqlar aparıb

Nərmin Qocamanlı
Blinken çinli həmkarı ilə danışıqlar aparıb

ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 Tərəflər ABŞ-ın Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün diplomatik səylərini müzakirə ediblər .

Blinken çinli həmkarı ilə söhbətində Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı son hücumlarının dəniz təhlükəsizliyi və beynəlxalq hüquq üçün qəbuledilməz təhdid olduğunu və bütün ölkələrin hörmət etməyə borclu olduğunu vurğulayıb.

Tərəflər ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin arasında keçirilən sammitdə əsas məsələlər üzrə əldə edilmiş irəliləyişə əsaslanmağın vacibliyini vurğulayıblar.

 

Teqlər:

"Blinken \u00e7inli h\u0259mkar\u0131 il\u0259 dan\u0131\u015f\u0131qlar apar\u0131b"

Əlaqəli Xəbərlər