İlham Əliyev Finlandiya Prezidentini təbrik edib
Nərmin Qocamanlı
Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidentini Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2023-cü il ".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net