http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İlham Əliyev: "Avropa Parlamentində bəziləri özünü manyak kimi aparır"

06 Dekabr 2023 , 13:17
İlham Əliyev: "Avropa Parlamentində bəziləri özünü manyak kimi aparır"

Biz Avropa Komissiyası ilə, eyni zamanda, müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk, genişlənmə istiqamətində enerji əməkdaşlığı edirik. Avropa Komissiyasından xahiş qəbul etmişik ki, Avropaya qaz ixracı artırılsın, çünki orada sıxıntıları var. Biz bağlılıq haqqında danışırıq, ticarət müzakirə edirik, sərmayələri müzakirə edirik.

"Operativ Media" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib.

Lakin Avropa Parlamentinin bir təsisat kimi buna maneə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, bir növ məsuliyyətsiz insanlar qrupudur. Onların bəziləri kimi manyak özünü aparır. Çünki onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji statusundan kənara çıxır. Mən maksimal dərəcədə diplomatik lüğətdən istifadə etmək istəyirəm. Biz nə edə bilərik? Onlar 10-dan çox anti-Azərbaycan qətnamə qəbul ediblər. Biri çox, biri az. Bu, bizim üçün elə bir vacib deyil. Biz buna təəssüf edirik. Sadəcə, onu bəyan edə bilərik ki, biz bunu Avropa İttifaqının üzvlərinin hamısına amil etmirik”

Avropa Parlamentində korrupsiya hallarına toxunan Prezident İlham Əliyev deyib ki, bu qurum ilkin olaraq öz korrupsiya məsələlərini həll etməlidir. Hər hansı digərlərini müəyyən bir günahda ittiham etmək əvəzinə, öz məsələləri ilə məşğul olmalıdır.

OXŞAR XƏBƏRLƏR
Macarıstan XİN: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır

Macarıstan XİN: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır

Azərbaycan və İran liderləri görüşəcəklər

Azərbaycan və İran liderləri görüşəcəklər

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

XƏBƏR LENTİ
  • 16:42

    Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB
    Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB
  • 16:39

    Macarıstan XİN: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
  • 16:35

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:20

    “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
    “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
  • 16:19

    Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub
    Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub
  • 16:18

    Prezident və birinci xanım Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
    Prezident və birinci xanım  Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
  • 16:18

    Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub
    Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub
  • 16:18

    Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
Menyu