http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan-Efiopiya parlamentlərarası dostluq qruplarının görüşü baş tutub

06 Dekabr 2023 , 18:53
Azərbaycan-Efiopiya parlamentlərarası dostluq qruplarının görüşü baş tutub

Dekabrın 6-da Milli Məclisin Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatasının Azərbaycanla Parlament Diplomatiya və Dostluq qrupunun sədri xanım Bethelhem Lakyunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, görüşdə Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rəşad Mahmudov iki ölkə arasında münasibətlərin genişləndiriməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolundan bəhs edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün səylərin göstərilməsindən söhbət açıb.

Deputat regionda yaranmış yeni reallıqlar barədə məlumat verib, Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyini, hazırda bu ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirib.

Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Arpadarai Azərbaycanın öz torpaqları uğrunda apardığı Vətən müharibəsi, son dövrlərdə həyata keçirilən uğurlu lokal antiterror tədbirləri barədə danışıb.

Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatasının Azərbaycanla Parlament Diplomatiya və Dostluq qrupunun sədri Bethelhem Lakyu səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Efiopiyanın Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini deyib. Qonaq qanunvericilik orqanları arasında münasibətlərin möhkəmləndirilməsinin, parlamentlərarası dostluq qruplarının əlaqələrinin intensivləşdirilməsinin vacibliyini, bu baxımdan qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.

Efiopiya nümayəndə heyətinin üzvləri Vondimu Tekle Siqo, Tofiq Abdullahi Əhməd iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı ilə bağlı fikirlərini açıqlayıblar.

Söhbətdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Lavrov: "Rusiya Ukraynada, Qərbdə və Avropada öz maraqlarını müdafiə edəcək"

Lavrov: "Rusiya Ukraynada, Qərbdə və Avropada öz maraqlarını müdafiə edəcək"

Macarıstan XİN: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır

Macarıstan XİN: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır

Azərbaycan və İran liderləri görüşəcəklər

Azərbaycan və İran liderləri görüşəcəklər

XƏBƏR LENTİ
  • 18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
  • 18:22

    Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib
  • 18:20

    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
  • 17:53

    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
  • 17:44

    Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb
  • 17:27

    Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən şəxslər tutulub
  • 17:10

    Əfqanıstanda sel nəticəsində 50 nəfər ölüb
  • 17:06

    Lavrov: "Rusiya Ukraynada, Qərbdə və Avropada öz maraqlarını müdafiə edəcək"
Menyu