http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Polis Akademiyasında bakalavrların hazırlıq xərclərinin hesablanması qaydası hazırlanacaq

06 Dekabr 2023 , 19:49
Polis Akademiyasında bakalavrların hazırlıq xərclərinin hesablanması qaydası hazırlanacaq

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası hazırlanacaq.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “ Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi isə tam orta təhsil və ya orta ixtisas təhsili əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

OXŞAR XƏBƏRLƏR
Latviya Parlamentinin sədri Azərbaycana gəlib

Latviya Parlamentinin sədri Azərbaycana gəlib

Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib

Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib

Lavrov: "Rusiya Ukraynada, Qərbdə və Avropada öz maraqlarını müdafiə edəcək"

Lavrov: "Rusiya Ukraynada, Qərbdə və Avropada öz maraqlarını müdafiə edəcək"

XƏBƏR LENTİ
  • 21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • 20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • 19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • 19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • 18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
  • 18:22

    Müdafiə Nazirliyinin İdarə rəisi vəzifəsindən azad edilib
  • 18:20

    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub - YENİLƏNİB
  • 17:53

    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
    Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
Menyu