06 Dekabr 2023, 22:18
“Yumurta yeyərək çəkinizi balansda saxlaya bilərsiniz” - DİETOLOQ
“Yumurta yeyərək çəkinizi balansda saxlaya bilərsiniz” - DİETOLOQ şəkil
“Yumurta yeyərək çəkinizi balansda saxlaya bilərsiniz” - DİETOLOQ

Yumurta mükəmməl dəyəri olan qida mənbəyidir. Bir çox insanın qidalanma rasionuna daxil olan yumurta zülal ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır. İnsan orqanizmində istifadə edilə bilən zülalların iki nümunəsindən biri ana südü, digəri isə yumurtadır. Bu səbəblə yumurtanın sağlam fərdlərin qida rasionuna daxil edilməsi mütləq tövsiyə edilir.

Dietoloq Kerri Ruxton arıqlamağa çalışan insanların nə qədər yumurta yeməli olduğunu açıqlayıb.

“Operativ Media” “Rambler”ə istinadən məlumat verir ki, mütəxəssisin fikrincə, qida rasionunun əsas hissəsi yumurta olmalıdır, çünki o, iştahı və kalori qəbulunu azaldır, toxluq hissini artırır. 

Bütün bunlar çəkini nəzarətdə saxlamağa kömək edir: “Müxtəlif və balanslaşdırılmış pəhriz prosesində həftədə 7-14 arası yumurta qəbulunun istehlakı əksər insanlar üçün, xüsusilə vitamin, mineral və zülal qəbulunu artırmaq, əzələ kütləsini qorumaq və toxluğu artırmaq baxımından faydalı olacaq”.

Yumurta 10-dan çox müxtəlif vitamin və mineral ehtiva edir. Həmçinin əzələlərin təməl ehtiyacı olan 9 əsas amin turşusunu ehtiva edən yüksək keyfiyyətli proteinlə zəngindir. Kalium, kalsium, dəmir, yod, fol turşusu, D vitamini və lif daxil olmaqla, bədəndə çatışmayan qidaları əvəz edir.

Son xəbərlər
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?