Menyu

Ərdoğan Yunanıstana səfər edib

Nərmin Qocamanlı
Ərdoğan Yunanıstana səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Afinada prezident Ərdoğan və Yunanıstanın baş naziri Miçotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün ölçüləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq. Görüşlər zamanı regional və qlobal hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulub.

Ərdoğanı xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, daxili işlər naziri Əli Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun, Prezidentin Baş müşaviri, səfir Akif Çağatay Kılıç müşaiyət edir.

Teqlər:

"\u018frdo\u011fan Yunan\u0131stana s\u0259f\u0259r edib"

Əlaqəli Xəbərlər