Menyu

"Rəisinin Moskva səfərinin əsas gündəliyi Fələstin-İsrail münaqişəsi olacaq" - İRNA

Nərmin Qocamanlı
"Rəisinin Moskva səfərinin əsas gündəliyi Fələstin-İsrail münaqişəsi olacaq" - İRNA

"Fələstin məsələsi və Qəzzanın bombalanmasının dayandırılması Moskvada danışıqların əsas mövzularından biri olacaq".

"Operativ Media" IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi Rusiyaya rəsmi səfərə getməzdən əvvəl jurnalistlərin sualarını cavablandırarkən bildirib.

“Bu səfərdə müzakirə olunacaq əsas məsələlərdən biri Fələstin məsələsi və Qəzza zolağının bombalanmasını dayandırmaq, blokadanı aradan qaldırmaq və məzlum Fələstin xalqına yardım göstərmək səyləridir”, Rəisi qeyd edib.

O, qeyd edib ki. iki prezident arasında danışıqların mövzusu ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əlaqələr, həmçinin regional və beynəlxalq gündəm olacaq.

IRNA-nın məlumatına görə, Rəisinin Moskvaya bir günlük səfərinin əsas mövzusu Fələstin-İsrail münaqişəsi və Qəzza zolağındakı vəziyyət olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər