http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Elnur Məmmədov 6-7 dekabr tarixlərində Kolumbiyaya səfər edib

07 Dekabr 2023 , 17:35
Elnur Məmmədov 6-7 dekabr tarixlərində Kolumbiyaya səfər edib

6-7 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kolumbiya Respublikasına səfər edib.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, 6 dekabr tarixində E.Məmmədov Kolumbiyanın xarici işlər naziri Alvaro Duran tərəfindən qəbul edilib, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. 

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kolumbiya tərəfindən isə xarici işlər nazirinin müavini Fransisko Koy rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, iqtisadi-ticarət, enerji, humanitar minatəmizləmə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb. 

E.Məmmədov müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.

Məsləhətləşmələrin ardınca “Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Səfər çərçivəsində E.Məmmədov həmçinin, Kolumbiya Senatının sədri İvan Name ilə görüş keçirib. 

Görüşdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin əhəmiyyəti, eləcə də Qoşulmama Hərəkatı və Sakit Okean Alyansı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Eyni zamanda, E.Məmmədov Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-ə müsahibə verib. 

Müsahibə zamanı Azərbaycan-Kolumbiya ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu