Menyu

Rusiya və Səudiyyə Ərəbistanı beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Nərmin Qocamanlı
Rusiya və Səudiyyə Ərəbistanı beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Rusiya və Səudiyyə Ərəbistanı beynəlxalq təhlükəsizliyi qorumaq üçün əməkdaşlıq edəcək.

"Operativ Media" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfərindən sonra verilən birgə bəyanata görə, Rusiya və Səudiyyə Ərəbistanı beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün səyləri əlaqələndirməyə davam etmək əzmində olduqlarını təsdiqləyiblər.

Bu barədə sənəd Kremlin saytında dərc olunub.

“Beynəlxalq münasibətlər sahəsində tərəflər beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına yönəlmiş koordinasiyanı davam etdirmək və səyləri gücləndirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər”, - bəyanatda deyilir.
Bundan əlavə, tərəflər regional və beynəlxalq səviyyədə hər iki ölkəni maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb, həmçinin bu məsələlərin həlli üçün əməkdaşlığı gücləndirmək əzmində olduqlarını təsdiqləyiblər.

Teqlər:

"Rusiya v\u0259 S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 beyn\u0259lxalq t\u0259hl\u00fck\u0259sizlik sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131q ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər