Türkiyədə sərnişin avtobusu aşıb, 39 nəfər yaralanıb

Nərmin Qocamanlı
Türkiyədə sərnişin avtobusu aşıb, 39 nəfər yaralanıb

Türkiyənin Bartın bölgəsində sərnişin avtobusu yoldan çıxaraq aşıb.

"Operativ Media" Anadolu-ya istinadən xəbər verir ki, Bartın-Zonquldağ magistralında hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə jandarma, xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.

Qəza nəticəsində avtobusda olan 39 nəfər xəsarət alıb.

Digər xəbərlər