http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

07 Dekabr 2023 , 21:04
Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

"Operativ Media" açıqlamanı təqdim edir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

XƏBƏR LENTİ
  • 00:10

    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
    Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
  • Dünən
    23:34

    Qurban Qurbanov: "Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb"
  • Dünən
    23:33

    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
    Hikmət Hacıyev: Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir
  • Dünən
    23:31

    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
    Qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB
  • Dünən
    23:28

    Rizvan Nəbiyev: “Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”
  • Dünən
    23:19

    ABŞ Rusiya kəşfiyyatının istifadə etdiyi iddia edilən onlarla domeni müsadirə edib
  • Dünən
    23:15

    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
    Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıb
  • Dünən
    23:14

    "Malmö"nün baş məşqçisi: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"
Menyu